Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Səksəninci səhifə” filmi təqdim olundu

Simsar.Az ayb.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin 80 illik fəaliyyətinə həsr olunan “Səksəninci səhifə” filminin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıb. Xəyal Rza  bildirib ki, film “Azad Azərbaycan” (ATV) telekanalında hazırlanıb: “Belə bir dəyərli iş üçün “Azad Azərbaycan” teleradio şirkətinə minnətdarlığımı bildirirəm. Bu gün həm də rus dilində olan ru.ayb.az saytı istifadəyə verilib. Həm filmin təqdimatı, həm də saytın istifadəyə verilməsi Yazıçılar Birliyinin həyata keçirmək istədiyi növbəti layihələrdir”.

AYB-nin katibi İlqar Fəhmi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu bildirib ki, “Səksəninci səhifə” filmi birliyin 80 illik fəaliyyətinə həsr olunan ekran əsəridir və gələcəkdə AYB-nin növbəti yubileylərində digər filmlərin çəkilməsi də yaxşı olardı”.

Xəyal Rza Azərbaycan Yazıçılar Birliyinin adından Azad Azərbaycan Teleradio şirkəti üçün hazırlanmış diplomu Səlim Babullaoğluna təqdim edib.

Tədbirdə TRT sənətçisi, Türk Sənət Musiqisi ifaçısı Mehmet Özkaya və xanımı Özden Özkaya da iştirak edib.

Filmin ssenari müəllifləri Xəyal Rza, Günay Novruz, rejissoru Emin Məmmədov, məsləhətçiləri Məqsəd Nur və Səlim Babullaoğludur.

 

 

 






27 Dekabr, 2014  10:18 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner