İsrail ordusunun “Dəmir Qübbə” adlanan hava müdafiə sisteminə aid 2 batareya Qəzza zolağında sərhədə yaxın bölgədə yerləşdirilib.
Simsar.az xəbər verir ki, İsrail ordu radiosunda verilən məlumata əsasən, sistem Qəzza zolağına qonşu Beer-Şeva və Netivot yəhudi məskənlərində quraşdırılıb.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əlqəssam briqadası üzvünün İsrail ordusunun açdığı atəş nəticəsində öldüyü xəbərindən sonra bölgədə yenidən gərginlik yaranmışdı