Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir hesabat verdi – Konfrans

Bu gün Qara Qarayev adına Mədəniyyət və İncəsənət Məktəbində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə 2014-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan nazir 2014-cü il ərzində görülən işlərdən danışıb: “Bu il incəsənət və turizm sahəsində gözəçarpan inkişafın əsas səbəblərindən biri də ölkə prezidentinin il ərzində qəbul etdiyi qərar və sənədlər olub. Fevralda Azərbaycan Mədəniyyət Konsepsiyası təsdiq edilib. Bundan başqa Azərbaycanda ölkədaxili və xarici dövlətlərdə turizmin, mədəniyyət nümunələrimizin təbliği, tanınmasında Heydər Əliyev Fondunun mühüm rolunu qeyd etməliyik. Bu tip tədbirlər gələn il keçiriləcək Birinci Avropa Oyunları üçün də mühüm bazadır. 2015-ci ildə ölkəmizə gələn xaricilər Azərbaycan və onun mədəniyyət nümunələri haqda daha ətraflı öyrənəcək. Ölkə mədəniyyətinin xaricdə tanınması üçün bir sıra təşəbbüslər göstərmişik. Növbəti ildə də bu silsilə tədbirlər davam etdiriləcək”.

Nazir il ərzində görülən işlərdən də söz açıb: “Artıq 6-7 ildir ki, Azərbaycanda Üzeyir Hacibəyov, Qara Qarayev festivalları keçirilir. Bu tip tədbirlər adi xarakter alıb, bu da bizim uğurumuzdur. Balet, lavaş, kəlağayı, aşıq sənəti daxili mədəniyyətin digər sahələri diqqətdədir. Bu ilin ilk yubley tədbirlərini Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin silsilə yubley tədbirləri ilə başladıq. Ən son yubley tədbirimiz isə Nəbi Xəzrinin 90 illiyi oldu. Bu il Naxçıvanın 90 illiyini də təntənəli şəkildə ölkənin müxtəlif bölgələrində qeyd etdik. Bundan başqa Xalça Muzeyinin yeni məkanda açılışını da ilin ən önəmli mədəniyyət hadisələrindən biri kimi qiymətləndirməliyik. Açıq Qapı layihəsi çərçivəsində bura gələn qonaqların say-hesabı yox idi”.

Sonda daxili turizmin təbliği istiqamətində yazılan publisitik müsabiqənin qaliblərinin adı açıqlanıb. Qaliblərə pul və xatirə hədiyyələri verilib.

Nigar Məhərrəm






26 Dekabr, 2014  14:42 Baxılıb: 941 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner