Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Xəzərin statusu üzrə kompromis əldə oluna bilər" - Rəsmi Astana

Astana 2013-cü ildə Qazaxıstanın paytaxtında keçiriləcək Xəzər Sammitində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını istisna etmir. "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bildirib.

"Biz ümid edirik ki, Astanadakı Sammitə qədər razılaşa və qalan məsələlər üzrə kompromis əldə edə biləcək və siyasi həllin, ola bilsin ki, hüquqi status haqqında Konvensiyanın imzalanmasını əldə edə biləcəyik", - Y.İdrisov brifinq zamanı bildirib.

"Əlbəttə ki, bu çox mühüm məsələdir. Dövlət başçısı konkret tapşırıq verib və Qazaxıstan bu perspektivi tezləşdirmək üçün ən fəal addımları atacaq", - o əlavə edib.

Qazaxıstanın XİN rəhbəri xatırladıb ki, bu il Rusiyanın Həştərxan şəhərində bənzər sammit keçirilib. Həmin sammitdə "Xəzərin hüquqi statusu haqqında böyük konvensiyanın imzalanmasını tezləşdirən çox mühüm siyasi qərarlar qəbul edilib".

"Bu Həştərxan sammitinin qərarları üzrə ən mühüm sənəd olacaq. Növbəti sammit 2016-cı ildə Astanada keçiriləcək. Xəzər üzrə danışıqlar çərçivəsində fəal, çox zəhmət aparan və çətin iş gözləyir", - İdrisov vurğulayıb.

Onun sözlərinə görə, Astanada "Xəzər beşliyi"nin iştirakçıları hüquqi status məsələlərini və regionda təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.






26 Dekabr, 2014  14:15 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner