Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avtobus sürücülərinə qadağa

Sərnişinlər  rahat  nəfəs ala bilər

Son illərdə Bakıda marşrut xətlərinə xeyli sayda iritutumlu və rahat avtobuslar gətirilsə də bu sahədəki problemlər hələ də tam həllini tapmayıb. Simsar.az-ın məlumatına görə, hazırkı problemlər əsasən sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlıdır. Bəzi sərnişinləri sürücünün siqaret çəkməsi, bəzilərini yüksək səslə oxudulan bayağı musiqilər, bir çoxlarını isə avtobusa həddindən çox sərnişin götürülməsi narahat edir.

Lakin bu problemlərin içində elə bir məsələ var ki, ona, ümumiyyətlə, göz yummaq olmaz. Bunlardan biri sürücünün sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsində saxlamasıdır. Xüsusi təhlükəli yer hesab olunan yanacaqdoldurma məntəqəsində hər hansı şəxsin səhlənkarlığı onlarla insanın həyatı bahasına başa gələ bilər. Həmçinin yanacaqdoldurma məntəqəsindəki spesifik qoxu bir çox insanların səhhətinə pis təsir edir.

Azərbaycanda sərnişin daşınan nəqliyyat vasitəsinin sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması qanunla qadağandır. Bu əməl ciddi xəta kimi qəbul olunur və yolverilməz sayılır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev sərnişin dolu nəqliyyat vasitəsinin yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə müxtəlif cəzaların nəzərdə tutulduğunu bildirdi: “İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağan olunur. Bunu etmiş sürücü 20 manatdan 40 manatadək miqdarda cərimə edilir. Həmçinin həmin sürücünün sürücülük vəsiqəsinə 3 bal cərimə yazılır”.

Yol polisi bu kimi halların qarşısını almağa çalışsa da, bütün yanacaqdoldurma məntəqələrinin qarşısında nəzarət aparmaq mümkün deyil. Marşrut avtobuslarının sürücüləri iş bitdikdən sonra və ya səhər xəttə çıxmazdan əvvəl yanacaq ehtiyatlarını götürsələr, bu problem də yaranmaz.






25 Aprel, 2011  21:29 Baxılıb: 1390 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner