Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ramiz Mehdiyevin kitabı Zərdabda müzakirə olundu

Rayon əhli “Gorus-2010: absurd teatrı mövsümü”nün əhəmiyyətindən danışıblar

Tanınmış filosof alim, akademik, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin faktlara əsaslanan “Gorus-2010: absurd teatrı mövsümü” kitabı Zərdab rayonu ictimaiyyəti tərəfindən də dərin maraqla qarşılanıb. 

Aprelin 23-də Zərdab rayon icra hakimiyyətində “Gorus-2010: absurd teatrı mövsümü” kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir” mövzusunda keçirilən dəyirmi Masada bu kitabın əhəmiyyətindən danışılıb.

Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, qadınların, məcburi köçkünlərin iştirak etdiyi dəyirmi masada rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının elmi məziyyətləri barədə geniş çıxış edib.


Kitab haqqında öz fikirlərini bildirən yığıncaq iştirakçıları vurğulayıblar ki, kitabda bədnam qonşularımız tərəfindən bizim doğma torpaqlarımızın, təbii sərvət və mədəni irsimizin işğal edilməsi və özününküləşdirilməsi tam çılpaqlığı ilə ifşa olunub.

Müzakirələrdə çıxış edənlər Ramiz Mehdiyevin belə bir fikrini xüsusi vurğulayıblar ki, Sərkisyanın ermənilərin hamıdan ali, hamıdan üstün olduğunu sübut etmək cəhdi faşizm əlamətidir. Əslində bu fikir həyatda əz əksini tapıb. Çünki Sərkisyan Xocalıda sözün həqiqi mənasında faşistlik edib. Ermənilər öz məzmunsuz “mübarizələrinə” bir ad tapa bilmir, qonşu dövlətin ərazisinin işğalına haqq qazandırmaq üçün “xalqların öz müqəddəratını təyin etmək hüququ” olduğunu bayraq ediblər.

Sonda çıxışçılar bu kitabın hər bir zərdablının stolüstü kitabı olmasının vacibliyini vurgulayıblar.






25 Aprel, 2011  20:50 Baxılıb: 1263 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner