Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov İrana dəstək verdi

"Azərbaycan İranın nüvə məsələsinin hərbi yolla həllinə qarşı çıxır"

Azərbaycan İranın nüvə məsələsinin hərbi yolla həllinə qarşı çıxır. Simsar.az -ın məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın "Moskovskiye novosti" qəzetinə müsahibəsində deyib.

"Müstəqil Azərbaycandan daha çox azərbaycanlının yaşadığı İranın qonşusu kimi, biz əlbəttə ki, məsələnin hərbi yolla həllini qəbul etmirik", - Məmmədyarov qeyd edib.

O əlavə edib ki, Azərbaycan nüvə silahına malik dövlətlərlə qonşuluqda yerləşməklə başa düşür ki, nüvə silahının yayılmaması siyasəti çox vacibdir.

"Lakin biz məsələnin hərbi yolla həllini qətiyyən qəbul etməyəcəyik", - Məmmədyarov təkrar edib.

İranın nüvə proqramı BAEA-da onun gizli fəaliyyəti məlum olduqdan sonra - 2003-cü ildən etibarən narahatlıq doğurub. 2003-cü ilin sonunda İran Nüvə silahının yayılmaması haqqında Müqaviləyə əlavə Protokolu imzalayıb və uranın zənginləşdirilməsi üzrə işlərin dayandırıldığını könüllü elan edib. Lakin sonralar yenidən bu fəaliyyətə qayıdıb.

Zənginləşdirilmiş urandan nüvə silahının istehsalı üçün istifadə oluna bilər. Bununla yanaşı, o, atom elektrik stansiyaları üçün yanacaq kimi də vacibdir. Bir sıra dövlətlər, o cümlədən ABŞ İranın nüvə silahı yaratmağa cəhd etdiyinə əmindir və hadisələrin belə inkişafının dayandırılmasını tələb edir.

Tehranın uranın zənginləşdirilməsindən imtina etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası sanksiyalar tətbiq edib. Lakin İran bildirir ki, Nüvə silahının yayılmaması haqqında Müqavilənin iştirakçısı kimi onun nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etməyə tam hüququ var.






25 Aprel, 2011  19:58 Baxılıb: 1100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner