Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasında

Azərbaycan sədirliyi təhvil verəcək

Spiker Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında iştirak edəcək. Simsar.az -ın məlumatına görə, bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycan Parlamentinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, iclasın gedişində bu qurumun yaradılması zamanı imzalanan İstanbul sazişinə əlavə və düzəlişlər haqqında protokol, eləcə də türkdilli ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq, TÜRKPA-nın emblemi və bayrağı müzakirə ediləcək və qəbul olunacaq. Onun sözlərinə görə, iclasın yekunları üzrə Astana bəyannaməsi qəbul ediləcək.

Təvəkküloğlunun sözlərinə görə, səfər zamanı Azərbaycan Parlamentinin spikerinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə, Qazaxıstan Parlamenti palatalarının sədrləri, türkdilli ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. "Görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, TÜRKPA-nın fəaliyyətinin inkişaf məsələləri müzakirə olunacaq", - Milli Məclisin mətbuat xidmətinin rəhbəri deyib.

İclasın ikinci sessiyasının gedişində quruma sədrlik Azərbaycandan Qazaxıstana keçəcək.

Aprelin 27-28-də Astanada Sülh və Həmrəylik Sarayında Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə tədbir keçiriləcək. TürkPA-nın yaradılmasına dair təşəbbüs Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən 2006-cı ilin noyabrında türkdilli ölkələrin rəhbərlərinin Antalyada keçirilən 8-ci sammitində irəli sürülüb.






25 Aprel, 2011  18:03 Baxılıb: 1440 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner