Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Holland yazıçısı Azərbaycan haqqında kitab yazacaq - EKSKLÜZİV

Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində Hollandiya Protestant kilsəsinin üzvü, missioner, yazıçı Japke de Krakerlə görüşüb.

Simsar.az xəbər verir ki, Hollandiya Azərbaycan Evinin qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması səbəbləri və fəaliyəti ilə maraqlanıb. E.Mirhəşimli qonağa Azərbaycan, Qarabag münaqişəsi, 20 % torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb.

Xanim Japke Azərbaycan haqqında onda az məlumat olduğunu, erməni qaçqınların Azərbaycandan qovulması haqqında məlumatı olduğunu bildirib. “Mən də bu məlumatın yalnış olduğunu bildirdim və qeyd etdim ki, bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi Azərbaycan, eləcə də Qarabag haqqında ictimayyətini geniş məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar”.

Nəzərə çatdıraq ki, xanım Japke de Kraker əsasən müharibə bölgələrində baş vermiş faciələrdə qaçqın düşmüş insanlar haqqında kitablar yazıb kitab çap etdirir. Həmin kitablardan əldə etdiyi maliyyə ilə bu insanlara yardım edir.

E.Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını xahiş edib: “Mən soruşdum ki, Azərbaycan haqqında nədən kitab yazmırsınız. Bəs, bizdə də qaçqınlar, müharbədən əziyət cəkən insanlar var. Xanım yazar Azərbaycan haqqında  mlumatı yalnız bir tərəfli olaraq ermənilərdən aldığını bildirdi. Xanım Japke de Kraker Azərbaycan haqqında kitab yazmaq üçün ona yardımçı olmağımı xahiş etdi. Beləliklə, mən Azərbaycan haqqında məlumatları ona göndərəcəm. O, bu məlumatlar əsasında kitab yazıb holland ictimayyətinə çatdıracağını dedi və ümumiyyətlə, bizimlə sıx əməkdaşlıq edəcəyinə söz verdi”.

Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun ermənilərin Azərbaycana təcavüzü ilə bağlı ingiliscə kitabını qonağa hədiyyə edib.

Xatırladaq ki, “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi tərəfindən birgə həyata keçirilir.

Günel






22 Dekabr, 2014  16:56 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner