Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycanfilm” yeni film çəkir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qara bağ” adlı qısametrajlı bədii filmin istehsalına başlanılıb.

Kinostudiyadan Simsar.az- a bildirilib ki, film “Azərbaycanfilm”in elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilir.

Rejissor Amil Məmiyev filmlə bağlı fikirlərini bölüşərək deyib: “Filmin adının “Qara bağ” olması heç də təsadüfi deyil. “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.”

Filmin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Günel






22 Dekabr, 2014  16:27 Baxılıb: 857 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner