Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Müsəlmanlar ümumi düşmənə qarşı birləşməlidir” - Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə hesab edir ki, Azərbaycan müsəlmanları öz enerjilərini bəzi qüvvələrin təhrikinə gedərək məzhəblərarası mübarizəyə yox, ümummilli problem olan Qarabağa, işğal olunmuş torpaqların geri qaytarılmasına sərf etməlidirlər.

APA-nın məlumatına görə, A. Paşazadə bunu Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə əlaqədar QMİ-də keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycanda vicdan azadlığı və dini dəyərlərin qorunması dövlətin nəzarəti altındadır və ölkə başçısı yüksək səviyyədə bütün dinlərə, bütün həqiqi islami məzhəblərə (sünni və şiə) qayğı göstərir: “Biz müsəlmanlar bundan istifadə edib bir-bizimizə qarşı yox, ümumi düşmənimizə - Qarabağımızı bizdən alana qarşı birləşməliyik. Əslində islamda yalnız iki məzhəb – sünni və şiə məzhəbi var ki, Azərbaycanda da əzəldən hər iki məzhəbin mənsubları mehriban və rahat şəkildə yaşayır. Peyğəmbərimiz hər iki məzhəbin peyğəmbəri olub və biz ən azı ona hörmət xətrinə qardaşlığımızı unutmamalıyıq”.






22 Dekabr, 2014  16:15 Baxılıb: 612 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner