Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İş adamını qətlə yetirən tutuldu - Baş Prokurorluq

Baş Prokurorluq Göyçayda iş adamının qətlinin üstünün açılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 13-də saat 02 radələrində Göyçay rayonu Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun üzərində odlu silahdan yetirilməyə xarakterik olan xəsarətlərlə meyitinin kəndin un dəyirmanının həyətində aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu tutulub.

İstintaq zamanı Ə.Xudiyevin qeyd edilən tarixdə rayonun Alpout kəndində yerləşən un dəyirmanının həyətində S. Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus “TOZ-25” markalı ov tüfəngi ilə sonuncuya 4 dəfə atəş açaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan Ə.Xudiyev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.






22 Dekabr, 2014  16:08 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner