Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlı şagirdlər Tiflisdə

Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Tiflis və Marneuli şəhərlərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Gürcüstana səfər ediblər.

Simsar.az Mədəniyyə və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Marneuli Resurs Mərkəzinin və Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkili ilə dekabrın 20-də Marneuli şəhər 8 nömrəli orta məktəbdə Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestri Azərbaycan klassik və xalq musiqisindən ibarət konsert proqramı ilə çıxış edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyi adından şagirdlərə hədiyyələr təqdim edib.

Bu gün isə Tiflisdə, 64 nömrəli orta məktəbdə Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin konserti keçiriləcək.
Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi bu tədbirlərin Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişaf etdirilməsində, iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin yaradılmasında, gənclərdə milli musiqimizə maraq oyadılmasında böyük əhəmiyyətini qeyd edib.

Nigar Məhərrəm






22 Dekabr, 2014  15:47 Baxılıb: 550 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner