Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Təqib 3” ekranlara çıxır

Böyük maraqla izlənilən “Təqib” filminin növbəti bölümü artıq baxışa daxil olmaq ərəfəsindədir.

Simsar.az-ın ABŞ mediasına istinadən verdiyi xəbərə görə, baş rolda yenə də Liam Nisonun canalndırdığı Brian Mills obrazıdır.

Təhsil almaq üçün qızını Fransaya yollayan ata gözlənilməz xəbər alır. Parisə addım atar-atmaz qadın alverçilərininin qurbanı olan yeniyetmə qız girov götürülənədək atasına telefon vasitəsi ilə hər şeyi xəbər verir.

Yüksələn xətlə davam edən filmdə ata qızının telefonu vasitəsi ilə cinayətkarla təmas qurur və onun təkrarladığı hədə dolu fikirləri yadında saxlayır. Daha sonra Parisin barları ələk-vələk edən Brian nəhayət ki, qızını girov götürən şəxslə görüşə bilir. Bu şəxsin məhz telefonda səsini eşitdiyi adam olub-olmadığını dəqiqləşdirmək üçün isə maraqlı varianta əl atır. Öncə polis olduğunu, hətta onlara pul da verəcəyini deyən Brian dili tam anlamadığını deyərək, yazılı qısa cümləni şübhələndiyi şəxsə oxutdurur. Fikrində heç də yanılmayan qəhrəman əks hücuma keçir, beləcə bir sıra çətinliklərə rəğmən qızını tapır, onu girov götürəni öldürür.

Filmin növbəti bölümü isə qisas xarakteri daşıyır. Belə ki, öldürülən cinayətkarın atası bir dəstə yığaraq Brianı təqib edir. Nəhayət, onlar İstanbulda görüşməli olurlar. Bu bölüm də yüksələn xətt üzrə davam edir. Tamaşaçı həyəcan içində filmin sonunu gözləyir. Bəs görəsən Təqib3-ün növbəti bölümündə nələr baş verəcək? Film yanvarın 9-da baxışa çıxarılacaq.

 

Nigar Məhərrəm







22 Dekabr, 2014  15:39 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner