Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik TSEK-nin yeni binalarını istifadəyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha iki Tibbi-Sosial Ekspert Komissiyasının yeni binaları istifadəyə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunması işləri davam etdirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə,  son yarım il ərzində ƏƏSMN-nin artıq 14 bölgə üzrə TSEK-ləri müasir iş şəraiti olan yeni inzibati binalar və tibbi-sosial ekspertiza üçün lazımi avadanlıqlarla təmin ediliblər. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin Goranboy, Samux rayonları və Naftalan şəhəri üzrə 24 saylı, Göygöl və Daşkəsən rayonları üzrə 26 saylı TSEK-ləri üçün yeni inzibati binaların istifadəyə verilməsi tədbirlərində məlumat verib. Nazir müavini bildirib ki, qeyd olunan 14 TSEK ümumilikdə 25 rayonun əhalisinə tibbi-sosial ekspertiza xidməti göstərir. Bu komissiyaların iş şəraitinin müasir tələblərə uyğun qurulması da əməkdaşların normal əmək fəaliyyətində işləməsi ilə yanaşı, həmin rayonların əhalisinə daha keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Qısa müddətdə nazirliyin bütün bölgələr üzrə TSEK-lərində belə şəraitin yaradılması təmin olunacaq. Bununla yanaşı, əlillik təyinatı prosesinin yeni elektron sistem üzərində avtomatlaşdırılması bu sahədə məmur-vətəndaş münasibətlərinin minimallaşmasında, şəffaflığın təminatında mühüm rol oynayacaq.
Qeyd olunan TSEK-lərin əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitə, yeni avadanlıqlara baxış olub. Habelə Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazasına müvafiq məlumatların daxil edilməsi sahəsində TSEK-lərin gördüyü işlər nəzərdən keçirilib. TSEK-lərin kollektivlərinə yaradılan belə müasir iş şəraiti müqabilində əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi, vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılması barədə tapşırıqlar verilib.

Aysel Kərimova






22 Dekabr, 2014  15:23 Baxılıb: 644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner