Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev və xanımı beynəlxalq atçılıq turnirin finalını izlədi

“Bill Klinton” ləqəbli atın sahibinə “KİA” markalı avtomobil verilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə 4 günlük beynəlxalq turnir aprelin 24-də Binə Atçılıq Mərkəzində Qran-Pri final yarışları ilə başa çatıb.

Final yarışlarını Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn izləyib.

Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər turnirin ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin mühüm tərkib hissəsi olduğunu deyib.

Elçin Quliyev onu da diqqətə çatdırdı ki, hazırda Qarabağ və Diliboz at cinslərinin əvvəlki şöhrətinin qaytarılması, yeni atçılıq mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülür.


Daha sonra qalib idmançıların mükafatlandırma mərasimi keçirilib.

İkinci yerin sahibi “Konkord-57” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti olub.

Qran-Pri turnirində birinci yerin və Heydər Əliyev kubokunun sahibi elan edildi. Bu mükafatlara “Bill Klinton” ləqəbli at ilə Azərbaycan idmançısı Camal Rəhimov layiq görülüb. Ona “KİA” markalı avtomobilin açarları təqdim olunub.

Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Ülyahəzrətləri Haya Bint Əl Hüseyn təqdim ediblər.

Ruslan






25 Aprel, 2011  15:59 Baxılıb: 1299 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner