Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Müşfiq Hətəmov: "Azərbaycan kinosunun təbliğatına ehtiyac var"

"2014-cü il "Azərbaycanfilm" Kinostudiyası üçün uğurlu oldu. Kinostudiyamızın 91 illik fəaliyyəti dövründə ilk dəfə olaraq istehsal etdiyi filmlər 52-dən çox beynəlxalq film festivallarında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb".

"Report" xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov  bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

Kinostudiyanın direktoru "Salnamə", "Yaddaş", "Azanfilm" və "Mozalan" studiyasında yeni filmlərin çəkildiyini və 2015-ci ildə tamaşaçılara təqdim olunacağını bildirdib.

M.Hətəmov Azərbaycan kinosunun təbliğatına ehtiyac olduğunu da vurğulayıb.

O, müasir Azərbaycan kinosunu Türkiyə kinomatoqrafiyası ilə müqayisə edilməsi barədə deyilənlərə də münasibət bildirib: "Türkiyədə 70 milyon əhali, 28 min kinoteatr var. Amma Azərbaycan Türkiyə ilə müqayisədə həm əhalinin, həm də kinoteatrların sayına görə geridə qalır. Türkiyədə çəkilən filmlər Azərbaycanda çox təbliğ edilir, 70 türk kanalı öz filmlərinin təbliğatını aparır və bizim tamaşaçı həmin filmlərə sevə-sevə baxırsa, bu qədər təbliğatın qarşısında biz türk kinosuna uduzuruq".






20 Dekabr, 2014  17:15 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner