Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusların Türkiyədən köçü başladı - Rubl bura da təsir etdi

Son zamanlar Rusiyanın üzləşdiyi iqtisadi böhran Türkiyədən də yan keçməyib. Türkiyədə əmlakları olan və ölkələrindəki krizisdən sonra borca düşən ruslar, problemdən çıxış yolu kimi Antaliyadakı evlərini satışa çıxarıblar.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə,  Türkiyədə beynəlxalq əmlak şirkətində işləyən ukraynalı Sergey Volçenkov bildirib ki, artıq rus varlıları Türkiyədə ev almaq düşündürmür. Onlar özlərini düşdükləri durumdan xilas etməyə çalışırlar: “Onlar indi Antaliyadakı evlərini satıb, Rusiyadakı borclarını ödəmək istəyirlər. Rublun düşməsiylə indi rus alıcılar nə edəcəklərini bilmirlər. Belə bir vəziyyətdə xaricdən ev almaq onlar üçün ikinci plandadır. Buna görə də rus müştərilərimizdə ciddi azalma müşahidə edirik”.

Rusların qazancının rublla olduğunu, Antaliyadakı evlərin isə dollar və euro ilə satıldığını deyən Sergey, sadəcə əmlak bazarının deyil, turizmə də bu böhrandan pis təsir olacağını bildirib: “12 ildir Rusiyadan olanlarla işləyirəm. Təxminən bir ildir Rusyada iqtisadiyyatın zəiflədiyini hiss etməyə başladıq. Ruslar təcili satmaq üçün evləri ucuz qiymətə təklif edirlər”.

Türkiyədəki Rusiya Dostluq Dərnəyinin sədri Marina Sorokina da, rublun dəyərdən düşməsi səbəbiylə artıq soydaşlarının əvvəllər olduğu kimi bu bölgədə ev sahibi ola bilməyəcəklərini deyib.

Antaliya Əmlakçılar Şurasınn Sədri Şərəf Sağlam isə Rusiyadakı böhranla əlaqədar əmlak satışlarında durğunluğun yalnız rus bazarında deyil, bütün sahələrdə müşahidə edildiyini qeyd edib.

Qeyd edək ki, hazırda Antaliyada xaricilərə aid 50 minə yaxın daşınmaz əmlak var və bunlardan 7 mini Rusiya vətəndaşlarına aiddir.

Vüsal Qarayev







20 Dekabr, 2014  14:22 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner