Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərəblər Qəzzadakı soydaşlarını aldatdı

Qəzzaya yardım üçün beynəlxalq təşkilatların söz verdikləri 5,4 milyard dolların cəmi yüzdə 2-si onlara verilib.

Simsar.az xəbər verir ki, ərəb ölkələri bu məqsəd üçün ayrılan yardım pullarını hələ də ödəməyib.

İki ay öncə Qahirədə təşkil edilən beynəlxalq konfransda Qəzzanın yenidən inşası üçün vəd olunan pulun miqdarı 5,4 milyarda qaldırılmışdı. Lakin dünən BMT-nin Fələstinli Qaçqınlara Yardım Təşkilatı bu məbləğin yalnız 2 faizinin ünvana çatdırıldığını açıqlayıb.

Qurumun direktoru Robert Turner deyib ki, inşaat və təmir fəaliyyəti üçün 10 milyon dollar büdcəyə köçürülüb. Bu pul isə yanvarda bitəcək: “Məskunlaşma və sığınacaq fəaliyyətləri üçün hələ 620 milyon dollar lazımdır. Qarşıda qışın ən soyuq ayları gəlir. Bunu yaşamaq məcburiyyətindəyik”.

Məlumatda o da qeyd edilib ki, Qətər 1 milyard dollar, Səudiyyə Ərəbistanı isə 50 milyon dollar bu məqsəd üçün pul verəcəyini demişdi. ABŞ və Avropa Birliyi isə 780 milyonluq yardım paketi təklif etmişdi. Ərəb ölkələrinin və Türkiyənin verdiyi sözləri tutmaması Fələstin hakimiyyətini məyus edib.

Vüsal Qarayev







20 Dekabr, 2014  10:37 Baxılıb: 703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner