Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fasyenin hərərkətini XİN şərh etmək istəmir

Elxan Poluxov: “Bu məsələ jurnalist etikası ilə bağlı olduğu üçün Mətbuat Şurası tərəfindən araşdırmalıdır”

Bir neçə gün öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ağdamın işğal altında olan ərazilərində monitorinq keçiriblər. Bernar Fasye, Robert Bradtke, İqor Papov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik erməni snayperləri tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovun ailəsinə də baş çəkiblər. Diplomatlar uşağın valideynləri ilə görüşüb, onun vurulduğu yerə baxış keçiriblər. Bu zaman kameraya bir kadr düşüb ki, bu da qalmaqal yaradıb. Kadrlarda tualet ehtiyacı yaranan fransalı həmsədr Fasye bunu elə yolun kənarında, həmkarlarının gözü qarşısında təmin edib. Həmin an Fasyenin hərəkətləri video-lentə alınıb. Bu kadrlar saytlarda və telekanallarda yayımlanıb. 
Fasyenin bu cür şəkillərinin, videogörüntülərini çəkilərək telekanallarda və internet saytlarında yayılması ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Musavat.com”a bildirib ki, bu məsələ jurnalist etikası ilə bağlı olduğu üçün Mətbuat Şurası tərəfindən araşdırmalıdır. Fasyenin Azərbaycan ərazisində bu cür açıq hərəkət etməsinə gəlincə isə XİN rəsmisi bunu şərh etmək istəmədiyini bildirib.

 

Simsar.az






25 Aprel, 2011  14:58 Baxılıb: 1196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner