Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu beynəlxalq layihə Azərbaycana nə qazandırdı?

Simsar.az mct.gov.az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığının uğurlarından biri də İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" adlı beynəlxalq arxeoloji turizm layihəsi uğurla başa çatıb. Üzv ölkələr tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə təqdim olunan 30-dan çox layihə arasında Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihə 6 ay ərzində bir neçə mərhələdən müvəffəqiyyətlə keçərək Komitənin qrant vəsaitinə layiq görülən 7 layihədən biri, o cümlədən yeganə turizm layihəsi olub.

Layihənin məqsədi 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) arxeoloji turizm potensialının araşdırılması, arxeoloji qazıntı ərazilərinin turizm nöqteyi-nəzərindən imkanlarının öyrənilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Layihə çərçivəsində bu ölkələrdə türk-islam mədəniyyətinin müxtəlif dövrlərinə məxsus izlər daşıyan 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin islam mədəniyyəti və tarixi irsi, həmçinin turizm potensialı, davam edən arxeoloji tədqiqat əraziləri üzrə araşdırma və təhlillər aparılmış, daha sonra birgə beynəlxalq arxeoloji turizm məhsulunun yaradılması məqsədilə iştirakçı ölkələrin ekspertləri, turizm sənayesi nümayəndələri, dövlət və digər aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə Azərbaycanda 16-18 sentyabr tarixlərində 3 günlük beynəlxalq seminar təşkil olunub. Layihənin yekunu olaraq nəticələri əks etdirən yekun hesabat hazırlanıb.

Layihədən əldə edilən əsas nəticə yeni yaradılmış turizm məhsulu olub. Belə ki, layihə çərçivəsində ilk növbədə bütün marşrutu, yəni 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə 23 günlük bir tur-proqram hazırlanıb ki, bu əsasən uzunmüddətli və daha aktiv turizmi seçən turistləri hədəf alır, arxeoloji qazıntı sahələri və digər tarixi abidələrlə tanışlıq məqsədi daşıyır. Turistlər eyni zamanda bu tur-proqram çərçivəsində bütün iştirakçı ölkələr deyil, istədikləri ölkələr üzrə seçim də edə bilərlər.

Təklif olunan ikinci marşrut isə arxeoloji turizmin əsl məqsədini özündə əks etdirir, belə ki, hər ölkədən bir şəhər seçilməklə bu şəhərlərdə davam edən arxeoloji qazıntılarda turistlərin aktiv şəkildə iştirakı təmin edilir.

Layihənin davamı olaraq, yeni yaradılan turizm məhsulunun təbliğatı məqsədilə yeni layihələrin işlənib hazırlanması nəzərdə tutulur. Bu layihənin inkişaf etdirilməsi tarixi-mədəni türk-islam irsinin təbliği ilə yanaşı, eyni zamanda iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə xidmət edəcək.

Qeyd etmək lazımdır ki, bu layihə bizə ənənəvi turizm məhsullarından fərqli yeni bir turizm məhsulu, turistlər üçün dəyişik seçim imkanı və türk-islam mədəniyyətinin fərqli şəkildə dünyaya təqdim olunması şansı verdi.

 

Nigar Məhərrəm







19 Dekabr, 2014  13:46 Baxılıb: 902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner