Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rublun tənəzzülü azərbaycanlılara nə verəcək? - Təhlil

Rusiya prezidenti Vladimir Putin dünən ilin yekunlarına dair mətbuat konfransı keçirdi. Bir çoxlarının az qala həyacanla dinlədiyi bu çıxışda bir çox manşet başlıqları önə çıxarıldı. Özünəməxsus açıqlamalar verən Putinin çıxışının əsas mahiyyəti rus xalqına “bir az da dözün Avropa bizdən də pis vəziyyətə düşəcək. Ancaq Rusiya yenidən çiçəklənəcək” ultimatumuna bənzəyirdi. Son bir neçə gündə rublda cüzi artımı nəzərə almasaq dəyərdən düşmə isə göz qabağındadır. Bu vəziyyət qonşuya sanksiyalar tətbiq edən Avropanın çörəyinə yağ sürtsə də qonşu “qonşuya baxar özünü oda yaxar” prinsipi ilə yanaşdıqda aydındır ki, məsələ bizə də təsirsiz ötüşməyəcək. Ən azı ona görə ki, Rusiyada xeyli sayda azərbaycanlı yaşayır və onların vasitəsi ilə ölkəmizə iri məbləğlərdə pullar daxil olur. Deməli Putinin tökdüyü tərdən xalqımıza da pay düşə bilər.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli məsələni şərh edərkən Simsar.az-a bildirib ki, rubl bundan sonra da düşməyə davam edəcək. Bu isə xüsusilə aztəminatlı təbəqənin həyat səviyyəsinə mənfi təsir göstərəcək:

“Rusiyada rublun dollara və avroya nisbətdə silkələnə-silkələnə dəyərdən düşməsi dünya bazarında neftin qiyməti sabitləşənə və investorların gözləntiləri sakitləşənədək davam edəcək. Rusiya iqtisadiyyatında baş verənlər ölkə iqtisadiyyatını xeyli sarsıdacaq, ölkədən kapital axşını güçləndirəcək, əhalinin, xüsusən də aztəminatlı təbəqənin həyat səviyyəsinə mənfi təsir göstərəcək. Rusiyanın strateji valyuta ehtiyatlarının bir hissəsi boşuna xərclənəcək, birja titrələmələri iqtisadiyyatın tarazlığına mənfi təsir edəcək”.

Ə. Məsimlinin sözlərinə görə, dollar-rubl əvəzləməsi edənlər də xeyli miqdarda itki ilə üzləşəcəklər. Bu isə Rusiyadan göndərilən pulların ölkədə milli valyutaya çevrilməsi nəticəsində əldə olunan məbləğin təqribən yarıya bölünməsi deməkdir:

“Bu böhranın ilkmərhələsində Rusiyada yaşayan azərbaycanlılar əllərində olan rublu vaxtında məqsədyönlü istifadə etməyi çatdırmadığından, dollar/rubl nisbətindəki kəskin dəyişiklik hesabına itkiyə məruz qalır. Yəni, bir müddət rublun dollara nisbətən məzənnəsi 35 rubl olanda əlində 100 min rublu olanın 2858 dolları vardısa, indi 100 min rublu dəyişəndə, onun müqabilində 1250 dollar verəcəklər. Deməli həmin adam 1608 dollar itirəcək. Həmin adam Azərbaycana-ailəsinə 5 min rubl göndərəndə, Azərbaycanda onu 143 dollara və ya 112 manata çevirirdilər, indi isə bu məbləği 63 dollara vəya 49 manata çevirmək olur. Fərq 80 dollar və ya 63 manatdır”.

Millət vəkili sonda bildirib ki, həmyerlilərimiz Rusiyadakı mövcud durumdan faydalana, vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. “Orada yaşayan azərbaycanlıların xeyli hissəsi təşəbbüskarlığını artırmaqla Rusiya bazarındakı boşluqdan faydalana, əvvəlkindən də çox qazanmağa başlaya bilərlər. Onda itkilər minimuma enər, Azərbaycana-ailəsinə göndərdiyi pulu da artıra bilər”.

 

Ülviyyə Cövdətqızı







19 Dekabr, 2014  11:41 Baxılıb: 1001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner