Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Anar Məmmədxanov vəfat edib

Onun infarktdan dünyasını dəyişdiyi bildirilir

Milli Məclisin keçmiş deputatı, Şən və Hazırcavablar klubunda uğurla çıxış edən “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı Anar Məmmədxanov vəfat edib. Simsar.az-ın mərhumun yaxın dostu Bəhram Bağırzadədən aldığı məlumata görə, o, bu gün təxminən saat 15:00 radələrində infarktdan dünyasını dəyişib.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə “Bakılı oğlanlar” komandası ilə bir yerdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Evli idi, 3 övladı qalıb.

Allah rəhmət eləsin!






23 Aprel, 2011  23:01 Baxılıb: 1661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner