Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Müxalifət partiyalarının birləşməsi boş söhbət olaraq qalacaq"

Əli Əhmədov: "Müxalifətin bu istiqamətdə səyləri mümkünsüzdür"

Azərbaycan müxalifətində birliyin olması mümkün deyil.Simsar.az -ın məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

"Müxalifətin bu istiqamətdə səyləri mümkünsüzdür. Çünki müxalifət anlayışı rəngarəngdir. Müxalifət adı altında Azərbaycanda müxtəlif siyasi ideologiyalara, prinsiplərə istinad edən partiyalar və qruplar fəaliyyət göstərir. Ona görə də onların birliyinin yaradılması mümkünsüzdür. Bu günə qədər Azərbaycanın siyasi reallığı bunu sübuta yetirib. 20 ilə yaxındır ki, müxalifət partiyaları çox müxtəlif formalarda birləşmək ideyasını ortaya atıblar. Amma bu illər ərzində onların birləşməsi mümkün olmayıb", - Əhmədov deyib.

Onun fikrincə, müxalifətin birləşməsinin mane olan amillərdən biri də Azərbaycanda radikal müxalifət partiyalarının kifayət qədər ictimai dayaqlarını itirmələrinə baxmayaraq, öz imkanlarına uyğun gəlməyən iddialara sahib olmasıdır.

"Bunun özü də həmin partiyaların bir araya gəlməsini kifayət qədər çətinləşdirir. Nə qədər səsli-küylü bəyanatlar versələr də, müxalifət partiyalarının birləşməsi bu günə qədər boş söz-söhbət olduğu kimi, bundan sonra da boş söhbət olaraq qalacaq", - icra katibi deyib.

Müsavat başqanı İsa Qəmbərin Bakı şəhər İcra Hakimiyyətinə danışıqlar aparılması ilə bağlı müraciət etməsinə münasibət bildirən Əhmədov onun müraciətini əsassız sayıb.

"İsa Qəmbər BŞİH-ə aksiyaların keçirilməsi ilə bağlı hansı danışıqları aparmaq üçün müraciət edib? İsa Qəmbərin öz ətrafında olan adamlarla səhərdən axşama qədər danışmaq imkanı var. Onsuz da onların işləri danışmaqdan ibarətdir. Əli Kərimli ilə danışırlar, sonra birdən küsüşürlər. İsa Qəmbər kiminləsə danışmaq fikrinə düşə bilər? İsa Qəmbər dərk etməlidir ki, onun danışmaq istədiyi adamlar onunla danışmaq istəyir, ya yox? İsa Qəmbərin və onun ətrafında olan adamların onlarla danışmağa vadar edəcək gücü yoxdur. Belə olan halda yekə-yekə danışıqlar haqqında kiməsə məktub yazmaq yersizdir. İsa Qəmbər uzaq başı yer xahiş edə bilər", - Əhmədov qeyd edib.






23 Aprel, 2011  18:11 Baxılıb: 1123 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner