Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir müavini jurnalistləri “top”a tutdu – Müsabiqədə

“Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi"nin müəllifləri bəlli oldu

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də, “525-ci qəzet” və “Mədəniyyət” qəzetlərinin iştirakı ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Simsar.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutan tədbirdə müsabiqənin qalibləri mükafatlandırılıblar. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev təqdim edilən yazılardan narazılıqlarını dilə gətirib: “İştirakçılar, sanki, teatrın qüsurlarını göstərməyi qarşıya məqsəd qoymuşdurlar. Müsbət tərəflərindən yazan çox az idi. Bu gün qəzetlərdə teatra qarşı düşmənçilik özünü açıq-aşkar göstərir. Bir-iki aktyorun adını belə bilməyən jurnalist bu mövzuda yazır”.

Müsabiqənin gələcəyi haqda da danışan Ədalət Vəliyev müsabiqə şərtlərində dəyişikliklər ediləcəyini, nominasiyaların artırılacağını qeyd edib.

Sonda qaliblərin adları açıqlanıb. Yekun nəticələrə əsasən, Pərvin Nurəliyeva müsabiqənin qalibi elan edilib. Elçin Cəfərov ikinci, Aliyə Dadaşova üçüncü, Həmidə Rüstəmova dördüncü, Aygün Süleymanova beşinci yerə sahib çıxıb.

 

Nigar Məhərrəmova

 

 






18 Dekabr, 2014  16:50 Baxılıb: 985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner