Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bu, eyni mədəniyyətə sahib xalqları daha da yaxınlaşdırır” – NAZİR

“Azərbaycan YUNESKO ilə bütün vacib istiqamətlər üzrə sıx əməkdaşlıq edir”

Simsar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrin V iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədbirin Bakıda keçirilməsi təsadüf deyil: “Bu il biz, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 20 illiyini qeyd edirik. Ölkəmiz 20 ildir ki, təşkilatın bütün vacib istiqamətləri, o cümlədən təhsil, komunikasiya, məfəniyyət və digər sahələr üzrə ıx əməkdaşlıq edir. Azərbaycan demək olar ki, təşkilatın bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrin  üzvü olub, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib”.

O deyib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə sürətli inkişafını təmin etməklə yanaşı dövlətimizin dünyada sülhün, əminamanlığın, həmçinin mədəniyyətlə arası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsinə səbəb olub.

Nazir bildirib ki, eyni qədim tarixə, kökə, dilə və mədəniyyətə sahib olan xalqlarımız biri-birinə daha da yaxınlaşır: “Dövlət başçıları səviyyəsində mütəmadi olaraq keçirilən Türkdilli Ölkələrin Zirvə Görüşləri və bu görüşlərdə qəbul olunmuş qərarlar ölkələrin əməkdaşlıq imkanlarını artırır. Bu da qardaş türk xalqlarının biri-birinə bağlanmasına və qarşılıqlı etimada əsaslanan möhkəm birliyə seçrilməsində vacib rol oynayır”.

Hüseyn İbadlı







18 Dekabr, 2014  10:28 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner