Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

76 yaşlı kişi itkin düşdü

Qaxda əzgil meyvəsi yığmağa gedən 76 yaşlı qoca itkin düşüb.

Qax rayon Polis Şöbəsindən Simsar.az-ın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini Hacı Səməndər oğlu Quliyev Qax RPŞ-ə yazılı surətdə müraciət edərək bildirib ki, atası 1938-ci il təvəllüdlü, Səməndər Hacı oğlu Quliyev 15 dekabr tarixində, saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik əraziyə əzgil meyvəsi yığmaq adı ilə evdən gedərək bir daha geri qayıtmayıb.

Məlumatda bildirilir ki, Qax RPŞ-nin əməkdaşları və bir qrup Qaşqaçay kənd sakinləri  dağlıq meşəlik əraziyə əzgil meyvəsi yığmağa gedib geri dönməyən 76 yaşlı qocanın axtarışlarını davam etdirir. Bu saatlara qədər Səməndər Quliyevin axtarışları heç-bir nəticə verməyib.






17 Dekabr, 2014  20:38 Baxılıb: 656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner