Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fransanın ilk müsəlman prezidenti

Tanınmış Fransa yazıçısı Mişel Hullebek deyib ki, yeni romanı Fransanın müsəlman prezident tərəfindən idarə edilməsindən bəhs edir. Onun bu sözləri qalmaqal yaradıb.

Romanda hadisələr 2022-ci ildə baş verir. Xəyali Fransa Müsəlman Qardaşlığı Partiyasının sədri Məhəmməd Ben Abbas prezident seçilir. Bundan sonra ölkə qarışır.

“Soumission” (“İtaət”) adlı bu əsər gələn il yanvarın 7-də çap ediləcək.

Hətta əsərin adı da birmənalı qəbul edilmir. “İslam” ərəbcə həm də Allahın iradəsinə itaət etmək deməkdir.

Təhkiyəçi 44 yaşlı anti-qəhrəmandır. Ədəbiyyat professorudur. Onu fahişələr və övladı yaşda qızlar cəlb edir.

Romanda indiki sosialist prezident Fransua Olland reytinqinin yerlərdə sürünməsinə baxmayaraq 2022-ci ilə qədər hakimiyyətdə qalır.

Prezidentlik uğrunda yarışda Ben Abbas solçu və mərkəzçi qüvvələrin dəstəyi ilə ifrat millətçi namizədi məğlub edir. Buna o cümlədən keçmiş prezident Nikolya Sarkozinin dəstəyi ilə nail olur.

Yazıçı bundan əvvəl “Elementar hissəciklər” romanı ilə də qalmaqal yaratmışdı. Orada deyilirdi ki, “1968-ci ilin tələbə hərəkatındakı hippilər 1990-cı illərin serial qatillərinə çevrildilər”.

2001-ci ildəki bir müsahibəsində Mişel Hullebek İslamı dinlərin ən pisi adlandırmışdı.

Bundan sonra Fransanın müsəlman birlikləri yazıçını dini ayrı-seçkilikdə ittiham edib hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Məhkəmə iddianı rədd etmişdi.

Mişel Hullebekin son romanı olan “Xəritə və ərazi” Fransanın ən yüksək ədəbiyyat mükafatı olan “Goncourt”a layiq görülüb.

Mişel Hullebek əsərləri xarici dillərə ən çox tərcümə edilən çağdaş fransız yazarıdır. “İtaət” 56 yaşlı yazıçının 6-cı romanı olacaq.

Fransanın mədəniyyət naziri Fleyr Pellerin yerli radioya deyib ki, romanı mütləq oxuyacaq. Onun sözlərinə görə, Mişel Hullebek həmişə “provokativ romançı” olub və onun “qəribə yumor hissi var” (“Guardian”).






17 Dekabr, 2014  20:26 Baxılıb: 862 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner