Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Khazar İslands” layihəsinə ABŞ-da böyük maraq

“Avesta” konserninin “Khazar İslands” layihəsinin Amerika Memarlıq İnstitutu, Florida ştatının qubernatorluğu və “Green Point İnternational”ın təşkilatçılığı ilə keçirilən Mayami İnşaat və Memarlıq Həftəsi çərçivəsində təqdimatı keçirilib.

Konsernin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki,

bunun nəticəsi olaraq bir neçə şirkət konsernlə əməkdaşlıq niyyətini bildirib, bəzi şirkətlərlə gələcək əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Mayami İnşaat və Memarlıq Həftəsində fəal iştirak edən “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ sərmayəsinin Azərbaycana cəlb edilməsi ilə bağlı danışıqlar aparıb. Amerikalı sərmayəçilər Azərbaycana sərmayə qoymaqda maraqlı olduqlarını, “Khazar İslands” layihəsi çərçivəsində əməkdaşlığın bu yolda uğurlu addım ola biləcəyini qeyd ediblər.

“Khazar İslands” layihəsinin böyük maraqla qarşılanması şəhər rəhbərliyinin də diqqətini çəkib və Mayami şəhərinin komissarı Joze Pepe Diazın dəvəti ilə görüş keçirilib, layihə haqqında geniş məlumat verilib. Joze Pepe Diaz Xəzər dənizində salınan bu şəhəri görmək üçün Azərbaycana səfər edəcəyini bildirib. Hacı İbrahim Nehrəmli də öz növbəsində ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

 

 






17 Dekabr, 2014  20:00 Baxılıb: 860 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner