Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəb idarəetməsi mövzusunda təlim proqramı

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Paris Sorbon Abu - Dabi Universiteti arasında baş tutan əməkdaşlıq nəticəsində fəaliyyətə başlayan intensiv təlim - seminar proqramının açılışı keçirilib.Bakı Şəhər Təhsil İdarəsindən Simsar.az-a verilən məlumata görə, açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, təlim iştirakçıları və o cümlədən, KİV nümayəndələri iştirak edib.

Tədbiri Paris Sorbon Universitetinin postsovet ölkələri üzrə müşaviri İmran Muxtarov giriş sözü ilə açaraq qonaqları, təlim iştirakçılarını salamlamış və təlimin mahiyyəti barədə qısa məlumat verib.

Mərasimdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva da çıxış edərək təcrübə mübadiləsi baxımından təhsildə bu kimi təlimlərin önəmli yer tutduğunu xüsusilə vurğulayıb.

Sonda Paris Sorbon Abu - Dabi Universitetinin vitse-kansleri Eric Fouachenin təlim iştirakçılarına ünvanladığı məktub oxunub.

Qeyd edək ki, Paris Sorbon Abu - Dabi Universitetinin müəllimi və təlimçisi kimi fəaliyyət gösətərən Martina Dickson tərəfindən məktəb idarəetməsi mövzusunda keçirilən təlimdə dövlət ümumtəhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlim proqramında direktor, direktor müavinləri və digər təhsil işçiləri iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, dekabr ayının 17 – də başlayan təlim 20 dekabrda yekunlaşacaq.

Aysel Kərimova






17 Dekabr, 2014  18:15 Baxılıb: 703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner