Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

AP Fələstinin tanınmasını dəstəklədi

Avropa Parlamentinin deputatları Avropa İttifaqına (Aİ) üzv ölkələrin Fələstin Dövlətinin müstəqilliyinin tanınması prosesini və Yaxın Şərq münaqişəsinin dinc yolla həllini dəstəklədiklərini bildiriblər.

Simsar.az "TASS"a istinadən xəbər verir ki, dekabrın 17-də Strasburqda məsələ ilə bağlı parlament üzvlərinin səs çoxluğu ilə təsdiqlədiyi uyğun qətnamənin icrası Aİ üzvləri üçün məcburi deyil.

"İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrailin yaşayış yerləri tikməsi beynəlxalq qanunvericilik baxımından qanunsuzdur", - qətnamədə bildirilib.

Deputatlar 1967-ci ildəki sərhəd əsasında "Qüdsün iki dövlətin paytaxtı olmasını", habelə İsrailin təhlükəsizliyi nəzərə alınmaqla "müstəqil, demokratik, qonşu və yaşayış qabilyyəti olan Fələstin Dövlətini", onların beynəlxalq hüquq çərçivəsində çiyin-çiyinə, milli müqəddəratını təyinetmə prinsipi əsasında mövcudluğu haqda qərarı dəstəkləyib.

Parlament üzvləri hesab edir ki, Aİ Yaxın Şərqdə mövcud problemin həllində əsas rol oynamalıdır. Buna görə də "avropalı deputatlar İsrail və Fələstin parlamentlərinin üzvləri ilə birlikdə" "Parlament üzvləri sülh uğrunda" şüarı adı altında təşəbbüsə başlamaq haqqında razılaşıblar.

Xatırladaq ki, Aİ-nin Fələstinin müstəqilliyini tanıyıb-tanımamaqla bağlı səlahiyyəti yoxdur. Bu məsələ ilə bağlı qərarı üzv dövlətlər ayrı-ayrılıqda qəbul edə bilər.






17 Dekabr, 2014  18:00 Baxılıb: 663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner