Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gəncədə səyyar sərgi sona çatdı

Milli Azərbaycan Tarixi Muzeyinin Gəncədəki səyyar sərgiləri işini yekunlaşdırıb.

Simsar.Az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin Gəncə şəhərində “Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi”ndəki səyyar sərgiləri öz işini yekunlaşdırıb.

Sərgilər üçün aparılmış bütün eksponatlar muzeyin müvafiq fondlarına qaytarılıb. Belə ki, bu ilin yanvarında Milli Azərbaycan Tarixi Muzeyi “Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi”ndə iki səyyar sərgi təşkil edib: “Azərbaycan – qədim sivilizasiya məkanı” və “Azərbaycan milli geyimləri”.

2014-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi” ilə tanış olmuduğu zaman, adı çəkilən sərgilərlə də tanış olmuş və tariximizin əyani surətdə təbliği ilə öz razılığını bildirib.

Ümumilikdə sərgilərdə 204 eksponat- arxeoloji materiallar, qədim keramika, silahlar, bəzək əşyaları, milli geyimlər, tikmələr nümayiş olunmuşdur. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurur.

Qeyd edək ki, bu müstəqillik illərində Milli Azərbaycan Tarixi Muzeyinin respublikanın regionlarında keçirdiyi ilk səyyar sərgilər idi.

Nigar







17 Dekabr, 2014  16:42 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner