Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Riskli təbəqə və uşaq terroru – TƏHLİL

Dünyada gedən geosiyasi qarşıdurmalar və terror aktları nəticəsində yüz minlərlə uşaq dünyasını dəyişir. Öz siyasi maraqlarını təmin etmək və regional prosesləri nəzarətdə saxlamaq üçün aparıcı dövlətlər özlərindən zəif gücləri, xüsusiylə ailə və uşağ amilinə həssas yanaşan müsəlman ölkələrini hədəf seçirlər. Bununla dünyanın nəbzini tutmağa çalışan “qəhrəmanlar”, Cənubi Qafqazda, Yaxın Şərqdə, Cənubi Asiyada və Mərkəzi Avropada günahsız uşaqların qatilinə çevriliblər.

Hərbi ekspert, psixoloq Azad İsazədənin sözlərinə görə, terrorçunu adi döyüşçüdən fərqləndirən cəhət zəif nöqtələri seçməsidir. O hesab edir ki, hər kəsin ən zəif nöqtəsi onun ailəsi və uşaqlarıdır. Məhz buna görə də terror aktları öz fəlsəfəliyi və nəzəri anlaşması ilə digər amillərdən fərqlənir.

Ekspert hesab edir ki, bir tərəfə atılan bomba uşaqların və ailələrin məhvinə səb olur. Həmin tərəf isə bir başa olaraq qarşı tərəfin zəif nöqtələri vurmaq iqtidarında olur. Bununla özlərinə bəraət qazandırırlar: “Söhbət yalnız siyasi terrordan deyil, eyni zamanda kriminal “razborkalar”dan, və borc qaytarmamaqdan da gedir. Borcu qaytarmayan şəxsə təsir göstərmək üçün, onun ailəsini hədəf seçirlər. Ona görə də ailə və uşaq hər zaman riskli təbəqə hesab olunub və belə də qalacaq”.

Bu qüvvələrin arxasında kimlər dayanır?

Azad İsazadə belə proseslərin arxasında kimlərin dayandığını söyləməyin çətin olduğunu bildirib: “Eyni qruplar iki, üçlü agentura ilə işləyirlər. Buna görə də bəzi hallarda proseslərin önündə bir dövlətin dayandığı halda, pərdə arxasından həmin dövlətlərin rəqibləri çıxır. Bir maraqlı məqam da var ki, bir dövlətin maraqları çərçivəsində həyata keşirilən terror aktı, sonradan qlobal alətə çevrilir”.

Məhəmməd ümmətindən günahsız bir uşaq öldürüldüyündə, göydən bir mələk “haqq onda (Mehdidə) və onun yanında olandadır” deyə səslənər. (Sabban İsafur Ragibin, s. 154)

Hüseyn İbadlı

 

 

 

 






17 Dekabr, 2014  16:27 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner