Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nərimanov Seçki Komissiyasının katibi iki yerdən əmək haqqı alır?

Bunun qanunvericiliklə ziddiyyət təşkil etdiyi bildirilir

Məlum olduğu kimi, ölkədə bir neçə gündən sonra bələdiyyə seçkiləri keçiriləcək. Bu səbəbdən də başlıca diqqət Dairə Seçki Komissiyalarına (DSK) yönəlib. Azinform.az-a Bakının Nərimanov rayonun DSK-sı haqda maraqlı məlumat daxil olub.  Bildirilir ki, Nərimanov DSK-sının katibi Quliyev Ələkbər eyni zamanda özəl şirkətlərdən birində işləyir və həmin yerdən əmək haqqı  alır. Mənbənin dediyinə görə, bu qanunvericiliklə ziddiyyət təşkil edir: “Qanunvericiliyə görə, DSK sədri və katibi səlahiyyət müddəti başa çatana qədər yalnız dövlət tərəfindən təyin edilən əmək haqqını ala bilər. Bu kateqoriyadan olan adamların ikinci yerdən əmək haqqı alması qadağandır”.

Bizə DSK katibinin hansı özəl şirkətə işlədiyi barədə  də məlumat verilib. Həmin şirkətlə əlaqə saxladıq, yalnız yazılı şəkildə sorğu edə biləcəyimizi dedilər. Ünvanladdığımız sorğuya bu günə qədər də cavabın verilməməsi faktın dolayısı ilə təsdiqi anlamına da gələ bilər.

Nərimanov DSK-sını sədri Əkbər müəllim və Məhəmməd adlı digər katiblə telefon danışığımız oldu. Onlar bu məsələ barədə konkret nəsə deyə bilməyəcəklərini bildirdilər. DSK sədri isə Quliyev Ələkbərin ondan əvvəl bu vəzifədə işlədiyini  dedi və bu səbəbdən də məsələnin daha dəqiq aydınlaşdırılması üçün MSK ilə əlaqə saxlamağı məsləhət gördü.

Görək, yaranmış vəziyyətlə bağlı qanunvericilik nə deyir? DSK sədri və katiblərinin səlahiyyətlərini müəyyənləşdirən qanunvericiliyin 33.1- ci maddəsində bildirilir:

” Dairə seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əmək haqqı alırlar. Dairə seçki komissiyasının üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün iş yeri üzrə aldığı əmək haqqı saxlanılır”.

Yazıda adları keçən şəxslərin və MSK-nın da mövqeyini dərc etməyə hazırıq.

***

Qeyd edək ki, yazının dərcidən sonra, Ələkbər Quliyev redaksiyamızla əlaqə saxlayıb. O, «Azpetrol» adlı özəl şirkətdə işlədiyini təsdiqləyib və deyib ki, qanunvericilik buna tam icazə verir.






17 Dekabr, 2014  15:02 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner