Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pensiyalarının maliyyələşdirilməsi başa çatdı

DSMF dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb

Dövlət Sosial Müdafiə Fondundan Simsar.az-a verilən məlumata görə,  2014-cü ilin dekabr ayı üzrə DSMF əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi dekabr ayının 17-i tarixinə tam yekunlaşıb.

Ümumilikdə cari ilin 11 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

2014-cü ilin11 ay ərzində Fondun gəlirləri 2646,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 202,5 milyon manat çoxdur.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1537,0 milyon manata çatıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz və ya 118,1milyon manat çoxdur.

Cari ilin 11 ayı ərzində Fondun xərcləri 2619,4 milyon manat olub və bunun 2568,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 275,3 milyon manat və ya 12 faiz çoxdur.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər təşkil edir.

Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

 

Aysel

 






17 Dekabr, 2014  12:56 Baxılıb: 629 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner