Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı nominasiya sayını azaldıb

Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş təntənəli mərasiminin vaxtı və yeri açıqlanıb. Bu barədə Simsar.az-a Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

M.Rəhimovun sözlərinə görə, tədbir dekabrın 24-də yenə "Buta Palace"da təşkil olunacaq. Nazirlik rəsmisi əvvəlki illərlə müqayisədə nominasiya sayının az olacağını bildirib: "Bu dəfə İlin komandası, İlin məşqçisi və ən yaxşı idmançılardan ibarət "10-luq" mükafatlandırılacaq. Əsas hazırlıqlarımızı Avropa Oyunlarının keçiriləcəyi 2015-ci ilə və Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının təşkil olunacağı 2016-cı ilə yönəltmişik".

Qeyd edək ki, əvvəllər ilin yekunları ilə bağlı mərasimdə daha çox nominasiya üzrə qaliblər və hətta 2012-ci il - İdman İlinin yekununda ən yaxşı "20-lik" təltif olunub.






17 Dekabr, 2014  12:38 Baxılıb: 672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner