Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Kambocalı deputatlara Xocalıdan danışdı

Millət vəkili Qənirə Paşayeva Kamboca parlamentinin deputatı  Nhem Thavy ilə Xocalı soyqırımından danışıb.

Millət vəkili Qənirə Paşayeva Kamboca Parlamentinin millət vəkili Nhem Thavyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Kambocada  Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Kamboca Parlamentinin millət vəkili Nhem Thavy başda olmaqla nümayəndə heyəti üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları  Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Kamboca Parlamentinin millət vəkili Nhem Thavy və nümayəndə heyəti üzvləri millət vəkilindən məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Kamboca Parlamentinin millət vəkili Nhem Thavy və nümayəndə heyəti üzvləri Azərbaycanı gəlməkdən böyük məmnuniyyət duyacağını deyib və Azərbaycanla parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər. Görüşün sonunda Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları,  həmçinin həmmüəllifi olduğu  “ Xocalı  Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da  Kamboca heyətinə hədiyyə olunub.







17 Dekabr, 2014  12:15 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner