Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rauf Arifoğlu "Azadlıq" qəzetini məhkəməyə verdi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Yasamal rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, iddia ərizəsi hakim Ayaz Məmmədovun icraatına verilib. İş üzrə məhkəmənin başlanma vaxtı təyin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl APA-ya açıqlama verən R. Arifoğlu bildirib ki, “Azadlıq” qəzeti ona qarşı davamlı olaraq təhqir kampaniyası apardığı üçün lazımi materiallar toplanaraq məhkəməyə təqdim olunacaq. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyini də söyləyib: “Hələ ki yalnız “Azadlıq” qəzetini məhkəməyə verirəm. Daha sonra AXCP funksionerləri və fəallarının sosial şəbəkələrdə haqqımda apardıqları böhtan-təhqir kampaniyası ilə bağlı faktlar da toplanaraq məhkəməyə təqdim olunacaq”.






17 Dekabr, 2014  11:40 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner