Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan Uruqvayın vitse-prezidentinin adından yenə yalan danışdı

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.

Simsar.az-ın məlumatına görə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə “azbarez.com” saytında Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin dekabrın 8-də Ermənistan Milli Assambleyasının sədri Qalust Saakyanla keçirdiyi birgə mətbuat konfransında “Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi Dağlıq Qarabağ Respublikasının da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı” sualına cavab olaraq Danilo Astori tərəfindən “Mənim ölkəm bu istiqamətdə işləyir”, deməsi kimi məlumatlar yayılıb.

“Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi Uruqvayın Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb.

Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini qeyd edib”, - deyə H. Hacıyev bildirib.






17 Dekabr, 2014  11:16 Baxılıb: 756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner