Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Vəzifəli şəxslər barədə cinayət işi başlandı

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Simsar.az-a verilən məlumatda qeyd olunur ki, Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin tələblərinə zidd olaraq sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədilməklə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.







17 Dekabr, 2014  10:42 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner