Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pakistandakı uşaq qatillərinə rəsmi Bakıdan etiraz

Azərbaycan Respublikası dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzimlidir".

Qeyd edək ki, dekabrın 16-da "Təhriki-Taliban Pakistan" yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər.

Son məlumatlara görə, 140 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100-ü uşaqdır. 120-dən çox şəxs yaralanıb. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.






17 Dekabr, 2014  09:50 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner