Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müdafiə sənayesi işçiləri peşə bayramını qeyd edir

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır.

Simsar.az-ın məlumatına görə, son illərdə hərtərəfli inkişafa nail olan ölkəmizdə digər sahələrlə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə fəaliyyətini davam etdirən Azərbaycanın müdafiə sənayesi də uğurla inkişaf edir. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi ilk gündən etibarən qarşısına qoyulan əsas məqsədlərə çatmaq üçün mühüm işlər görüb. 2007-2013-cü illərdə nazirliyin tikinti və yenidənqurma işləri aparılan birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb. Artıq  tabeli müəssisələrdə istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü örtüb. 2013-cü ildə istehsal olunan və sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmində 2007-ci illə müqayisədə 34,4 dəfə artım əldə olunub. 2009-cu ildən etibarən Nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir. Nazirlik 5  il öncə qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil edirdisə, bu ilin may ayında Türkiyədə keçirilən "IDEF-2013"  11-ci beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Bundan başqa Nazirlik aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir. Nazirliyin bir qrup əməkdaşı isə müdafiə sənayesi nazirinin əmri ilə fəxri fərman və adlarla  təltif olunublar.

Sonda Müdafiə Sənayesi Nazirliyi işçiləri adından prezident İlham Əliyevə müraciət qəbul olunub.

 






17 Dekabr, 2014  09:38 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner