Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Putin raketləri geri çəkdi

Avropanı qorxuda saxlayan Rusiyanın ən təhlükəli raketləri Kalininqraddan geri aparılıb.

Simsar.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Kalininqradda yerləşən Qərb Hərbi Dairəsinin taktiki "İskəndər-M" raket briqadasının dislokasiya yerini dəyişdirəcəyini bildirib.

Verilən rəsmi açıqlamada bildirilir ki, dislokasiya Qərb Hərbi Dairəsində keçirilmiş təlimlərdən sonra həyata keçirilib.

Qeyd edək ki, ən yeni silahlar hesab olunan "İskəndər-M" raketləri NATO-nun Şərqi Avropada raket əleyhinə medafiə sistemləri quraşdırmaq istəyinə cavab olaraq Kalininqrada yerləşdirilmişdi.

Ukrayna böhranı səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Kreml rəhbərliyinin hərəkəti geri addım kimi də qiymətləndirmək olar. Belə ki, Avropa ölkələrini və Rusiyanı hüç cürə razı salmayan sanksiyalar hər iki tərəfə milyardlar bahasına başa gəldiyindən Moskva ilə ABŞ istisna olmaqla digər Qərb ölkələri ilə anlaşması da istisna olunmur. Dəfələrlə Rusiya rəsmiləri oxşar təkliflə Avropa ölkələrinə müraciət etmişdilər.

Ekspertlər hesab edirlər ki, raketlərin geri çəkilməsi Putinin taktiki addımı da ola bilər. Bununla Putin sanksiyaların yumşaldılmasına və ölkəsini bürüyən iqtisadi böhrandan çıxmaq üçün zaman qazanmasına da hesablanmış ola bilər.






16 Dekabr, 2014  23:37 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner