Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıya tanklar yeridildi - VİDEO

Bakıya tanklar yeridildi. Söhbət kinorejissor Vahid Mustafayevin ssenarisi əsasında çəkilən və 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filmindən gedir. Dünən gecə saatlarında lentə alınan görüntülərdə sovet ordusunun yanvarın 19-dan 20-nə keçən gecə paytaxt küçələrinə tanklarla daxil olması canlandırılıb. Filmin rejissoru 20 Yanvar hadisələrinin şahidi, Vahid Mustafayev gərgin iş prosesində olsa da, jurnalistlərə açıqlama da verib.

Ssenariyə uyğun olaraq döyüş səhnələrinin çəkilişlərinə axşam saatlarında başlanıldı.

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun paytaxt Bakıya daxil olmasını canladırmaq üçün ağır hərbi texnikalardan xüsusi ilə tanklardan istifadə edildi. Bütün hadisələr həmin gecə baş verənlərin ən xırda detallarına qədər lentə alınır.

Filmin çəkilişlərində təkcə Azərbaycandan deyil, ABŞ, Türkiyə, İran və Rusiyadan da aktyor truppası, o cümlədən Nebahat Çehre, Len Devis kimi məşhur aktyorlar iştirak edib. Kinorejissor Vahid Mustafayev “Qanlı yanvar” filminin həm də serial kimi tamaşaçılara təqdim olunacağını bildirdi. “Bakı film”, ANS Şirkətlər Qrupu və "Çingiz Mustafayev" Fondunun vəsaiti hesabına lentə alınan filmin çəkilişlərinin, havanın soyuq olmasına baxmayaraq uğurla getdiyini deyən kinorejissor, filmin ssenarisindən də qısa söhbət açdı.

"Qanlı yanvar" filmi, ümumiyyətlə məhəbbət haqqındadır. Hər adam bu filmə baxanda özünə məxsus və özünün axtardığı məhəbbəti tapacaq. Kimsə vətənə məhəbbəti, kimsə qıza məhəbbəti. Ümumiyyətlə filmdə əsas rolda oynayan Mehdi, filmdə bir növ onu qəhrəman olaraq, tranformatsiyasını müşahidə edirik. Onun öz nişanlısına olan məhəbbəti nişanlısı öldürüldükdən sonra vətənə məhəbbətə keçir və əfqan döyüşçüsü olduğundan bütün bu inqilab hərəkatına başçılıq etməyə başlayır”, deyə Vahid Mustafayev bildirib.

Kinorejissor Vahid Mustayayev filmin çəkilişlərinə dövlətin dəstəyinində böyük olduğunu bildirdi.

"Bizim bu filmi çəkməyə heç vaxt gücümüz çatmazdı. Bizə cənab prezident şəxsən özü kömək edir, bizi himayə edir, Allah onun canın sağ eləsin. Biz ona dərin minnətdarlığımızı bildirirk".

1990-cı ildə baş verən 20 Yanvar hadisələrinin canlandırıldığı “Qanlı yanvar” filminin 19 yanvar tarixində mediaya nümayiş etdirilməsi nəzərdə tutulub.







16 Dekabr, 2014  22:24 Baxılıb: 1800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner