Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili sığorta problemindən danışdı

Milli Məclisdə millət vəkili Qənirə Paşayeva bölgələrdə  evlərin sığortalanması və kənd yollarındakı problemlərdən danışıb.

Simsar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva bildirib ki, bölgələrdə vətəndaşlara məxsus evlərin icbari sığortasının həyata keçirilməsinin sürətləndirilməsi çox vacibdir. Millət vəkilinin sözlərinə görə, əhali arasında könüllü sığorta ilə bağlı maarifləndimə yetərli olmadığından və bunun önəmi lazımi şəkildə izah edilmədiyindən, rayonlarda, kəndlərdə evlərin çoxu sığortasızdır, hər hansı bədbəxt hadisə, faciə, təbii fəlakət, yanğın, partlayış, daşqın baş verdiyi zaman, mənzil dağıldığı və ya yararsız vəziyyətə düşdüyü zaman bu cür hallarla üzləşən belə  bir ailə  çox ağır vəziyyətdə qalır və ona kömək etmək imkanları da çox çətin olur.

Bir həftə ərzində Tovuz rayonda qaz sızması nəticəsində iki evdə partlayış baş verdiyini qeyd edən millət vəkili Qənirə Paşayeva evlərini sığortasının olmaması səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü və əgər sığorta olunmuş olsaydı,  bu cür bədbəxt hadisələr zamanı baş qaldıran çətinliklərin öhdəsindən gəlmək asan olardı deyib. Ona görə də vətəndaşlarımız arasında sığortanın vacibliyini və önəmi ilə bağlı təbliğat-təşviqat işlərini daha da artırmaqla bərabər, rayonlarda və kəndlərdə evlərin  sığortalanmasının sürətlənməsi istiqamətində bütün istiqamətlərdə daha da çox addımlar atmalıyıq.

Millət vəkili Qənirə Paşayeva bələdiyyələrin statusunda qanuna dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrdə çıxış edərək kənddaxili yollarla bağlı problemi qaldıraraq bu məsələnin həllini gözləyən önəmli məsələlərdən biri olduğunu vurğulayıb. O deyib ki, ölkəmizdə cənab Prezidentin göstərişi ilə yüksək səviyyəli yollar salınır və kənd sakinləri kənddaxili yolların  düzəlməsində də işlərin daha da sürətlənməsini xahiş edirlər. Kənddaxili yolların böyük bir hissəsinin bələdiyyələrin nəzarətində olması, onların tikilməsi, qurulması, təmiri, bərpasına məsul qurumlar bələdiyyələr olduğundan, kəndaxili yolların düzəldilməsində işlər ləng gedir, çünki bələdiyyələr bildirirlər ki, onlarda bu işləri aparmaq üçün maddi vəsait yoxdur, onların maliyyə qaynaqları və dövlət tərəfindən verilən dotasiya kənddaxili yolların normal şəkildə düzəldilməsinə imkan vermir. Ona görə də ya bələdiyyələrə kənddaxili yolların düzəldilməsinə vəsaitin ayrılmasına, ya da başqa mexanizmlər vasitəsilə bu məsələnin həllinə çalışmalıyıq. Kəndlərdəki insanlarımızının ən çox həllini gözlədiyi məsələlərdən biri də məhz budur.







16 Dekabr, 2014  17:18 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner