Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Danimarka Şimal Qütbünü istəyir – RƏSMİ

Danimarka, BMT-yə müraciət edərək Şimal Qütbü ilə birlikdə Antarktikadakı 895 min kilometrlik bölgənin onlara verilməsini tələb edib.

Simsar.az xəbər verir ki, Danimarkalı alimlər 10 illik araşdırmalar nəticəsində Şimal Buzlu Okeanda yerləşən “Lomonosov Kürəyi” su altı dağ qrupunun Qrenlandiyanın bir hissəsi olduğunu isbat etdikdən sonra, BMT-yə “Şimal qütbü bizimdir, buna görə də bizə verilməlidir” başlıqlı rəsmi tələb göndəriblər.

Danimarkanın daxili işlər naziri Martin Lidegaard məsələyə münasibət bildirərək, “Ölkəmizin və krallığımızın sərhədlərini dəyişdirmək və beləliklə genişləndirmək çox nadir ələ keçən bir fürsətdir. Nə qədər böyüsək o qədər də dünyada və xüsusiylə bölgəmizdə təsir gücümüz artar” deyərək, tələbdən məmnun qaldığını dilə gətirib.

Rusiya və Kanadanın da Danimarkanın istədiyi bölgənin əsas hissəsini tələb etmək üçün müraciət edəcəyi üçün, BMT-nin tələblərə 10 ildən tez cavab verməsi gözlənilmir. Əgər BMT qərar verə bilməzsə, ölkələr özləri öz aralarında razılığa gəlməlidirlər.

Kanadalı nazir Martin Lidegaarda görə isə bu o qədər də asan olmayacaq: “Razılaşma müddəti çox çətin keçəcək. Bunu gizləməyin mənası yoxdur. Amma müzakirələrin elmi araşdırmalar əsasında aparılması məsələsində razılığa gəlməmiz irəlyə doğru atılan önəmli bir addımdır”

Vüsal Qarayev







16 Dekabr, 2014  15:38 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner