Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Firəngiz Əlizadə “Grammy” mükafatı aldı

Musiqi sahəsində dünyanın ən məşhur mükafatlarından olan Beynəlxalq “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında namizədlərin bu günlərdə adı açıqlanıb.

Simsar.az xəbər verir ki, Azərbaycan musiqi ictimaiyyəti üçün çox əlamətdar hadisədir ki, üç namizəddən biri dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadədir. Qeyd edək ki, Beynəlxalq “Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir.

Azərbaycan Bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafata namizəd göstərilir.

F.Əlizadə  bu xəbərin sevincini Simsar.az-la paylaşıb:“Mən bu şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən əldə etdim.  Orada üç bəstəkarın adı qeyd edilib.  Bunlardan biri müasir musiqi sahəsində böyük müvəfəqiyyətlər əldə etmiş ən məhsuldar nümayəndələrindən olan amerikalı bəstəkar Lera Auerbaxdır.  Siyahıda adı qeyd olunan digər bəstəkar Meçislav Vaynberq - yaşlı nəslin nümayəndələrindəndir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub.

Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam.

MənİM üçün əlamətdar məqam  odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star  Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”.

Günel

 






16 Dekabr, 2014  15:12 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner