Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Fuad Qəhrəmanlı başda olmaqla, hamısı hakimiyyətə işləyir" - Müsavatdan ittiham

Müsavat başqanının müavini: “Fuad Qəhrəmanlı başda olmaqla, Müsavatın mitinqini lağa qoyanlar hamısı hakimiyyətə işləyir”

Fuad Qəhrəmanlı: “Cəmiyyətin sizə verdiyi 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarın, bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir”

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı başda olmaqla, dünən Müsavatın beynəlxalq insan haqları günü ilə əlaqədar təşkil etdiyi mitinqi lağa qoyanlar, yaxud onun əks təbliğatını aparanlar hamısı hakimiyyətə işləyir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın dünən keçirdiyi mitiqlə bağlı səslənən iradlara münasibət bildirərkən deyib.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “facebook” sosial şəbəkəsində Müsavatın mitinqini uğursuz adlandırıb. O, mitinqə az sayda adamın qatıldığını iddia edərək, bunun səbəbini partiyanın Milli Şuradan çıxması və yolunu dəyişdirməsi olduğunu vurğulayıb: “Məncə hər bir mitinqin təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs "adamsızlığı" gördü".

Müsavatı 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarmağa çağıran F. Qəhrəmanlı "bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir”, - deyə qeyd edib.

E. Fəttah isə bildirib ki, mitinqin təsirini azaltmaq məqsədilə aparılan anti-təbliğat hakimiyyətin maraqlarına uyğundur: “Çünki Müsavatın mitinqi Azərbaycanda siyasi məhbusların azadlığı tələbi ilə keçirilib və bu, hakimiyyətin əleyhinə olan bir tədbir idi”.






16 Dekabr, 2014  14:15 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner