Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD” vandalizmi davam edir - Daha 17 edam

“İŞİD” silahlıları İraqın şimalında yerləşən Səlahəddin vilayətində 17 nəfəri edam ediblər.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, edam edilənlər bir neçə gün öncə “İŞİD”-ə qarşı qrupun təşkil olunmasında ittiham edilərək silahlılar tərəfindən həbs olunan 200 nəfərin tərkibində olub.

“İŞİD” döyüşçüləri bazar ertəsi günü Mosul gənclərindən 30 nəfərini də bu qruplaşmaya qoşulmaq və İraq ordusu ilə döyüşməkdən çəkindiyinə görə edam etmişdi.

Həmçinin ötən həftələrdə Mosul şəhərində və Bağdadın şimalında onlarla polis əməkdaşı da silahlılar tərəfindən edam olunmuşdu.

Hazırda “İŞİD”-in Mosul vətəndaşlarına qarşı yeni həbs dalğasını başladığı bildirilir.

Hazırda təşkilat tərəfindən 65 mosullu kişinin həbs olunduğu və naməlum məkana aparıldığı qeyd edilib.

İraqın Kürdüstan Regionunun başçısı Məsud Barzani isə Mosulun İŞİD terrorçularından azad edilməsinə kömək üçün kürd qüvvələrinin hazırlığını açıqlayıb.

Bu arada İraq prezidenti Fuad Məsum öz müavini Üsamə Əl-Nəcifiyə Mosul şəhərinin azad olunması əməliyyatına nəzarət etməsini tapşırıb.

Vüsal Qarayev







16 Dekabr, 2014  14:20 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner