Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AVP seçkilərə 1000-dən artiq namizəd irəli sürdü

Ana Vətən Partiyasının (AVP) Mərkəzi ofisində qarşıdan gələn bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasının gedişinə dair Bakı, Sumqayıt şəhər və Abşeron rayonundan olan bələdiyyə üzvlüyünə namizədlər və rayon (şəhər) təşkilatlarının rəhbərləri ilə müşavirə keçirilib.

Simsar.az xəbər verir ki, müşavirədə çıxış edən Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçın Ağamalı bələdiyyə seçkilərində AVP-nin uğurla çıxış etdiyini qeyd etdi. Statistik məlumatları müşavirə iştirakçılarının nəzərinə çatdıraraq bildirildi ki, partiya 1000-dən artiq namizəd irəli sürmüş və bunlardan da 572 nəfəri qeydiyyatdan keçmişdir. 3000-ə yaxın müşahidəçinin siyahısı DSK-lara təqdim olunub.

Çıxış edən bələdiyyə üzvülüyünə namizədlər və partiyanın sturuktur rəhbərləri Y.Hacıyeva, F.Qafarova, N.Ağayev, B.Mustafayev və digərləri bildirdilər ki, Ana Vətən Partiyası bələdiyyə seçkilərində hər zaman yüksək nəticələr əldə edib. Qeyd olundu ki, bu seçkilərdə də seçki kompaniyası uğurla davam edir. AVP-dən bələdiyyə üzvlüyünə namizəd seçilmiş qadınların sayındakı artım da partiyanın qadınlara etimadının və qayğısının yüksək olduğunu göstərir.

Həmçinin seçki kampaniyasında bələdiyyələrə namizədlərin seçiciləri ilə görüşlərinin təşkili, seçki platformalarının seçicilərə təqdimatı ilə bağlı müzakirələr aparılıb.

Müşavirənin sonunda Ana Vətən Partiyasının Mərkəzi Aparatı tərəfindən rayon(şəhər) təşkilatı sədrlərinə və namizədlərə müvafiq tapşırıqlar verilib.

Hüseyn İbadlı







16 Dekabr, 2014  14:02 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner